Ermənistandan növbəti itki: 1 general və 2 polkovnik - FOTO

 21:30 28.09.2020     938

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə erməni KİV-lərində məlumat yayılıb.

Məlumatlara görə, generalla bərabər Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Bunlar Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və polkovnik Nikolay Mikaeloviç Aykyandır.

Qeyd edək ki, Ermənistan rəsmiləri itkiləri gizlətməyə çalışır. Rəsmi olaraq Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovanisyan ölü sayının 59-a çatdığını bildirib. //Trend

 

222
Vumart və Güvən reklamı Vumart Güvən