Ermənistanda kişilərin ölkədən çıxması yasaqlandı
Ermənistan hakimiyyəti kişilərin ölkədən çıxmasını məhdudlaşdırıb.
Redaktor.az-ın məlumata görə, artıq 18-55 yaş arasındakı kişilər respublikadan yalnız hərbi komissarlığın icazəsi ilə çıxa biləcəklər.
Bildirilir ki, bunun üçün onlar ərazi hərbi komissarlıqlarından yazılı təsdiq almalıdırlar. //Trend












