"Bizi heç bir ölkənin çağırışı dayandıra bilməz" - POLKOVNİK

 13:26 29.09.2020     5655

“Bu dəfə bizi heç kim dayandıra bilməyəcək. Ordumuz tam gücü ilə ancaq irəli gedəcək”.

Bu sözləri Redaktor.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O, Azərbaycan dövlətinin torpaqları azad etməkdə qərarlı olduğunu bildirib:

“Hazırda plan üzrə döyüşlər gedir və qarşıya qoyulan tapşırıqlar sıra ilə yerinə yetirilir. Ordumuz verilən əmrin aliliyini saxalayaraq, itkilərin az olmasına çalışır. Buna görə də bəzilərinə elə gəlir ki, irəliləmə çox yavaş gedir. Ancaq bizim indiki üsulumuz düşmənə maksimum zərbə endirmək, onu zəiflətmək və ondan sonra irəliləməkdir. Bu taktika itikilərimizi minumuma endirir. Əgər düşmən tərəfinin açıqlamasına baxsanız, onların itkiləri bizdən qat-qat çoxdur. Bu, Azərbaycan Ordusunun məqsədli və hazırlıqlı döyüş taktikasının nəticəsidir”.

Polkovnik bir neçə ölkənin atəşkəs çağırışlarına da münasibət bildirib:

“Azərbaycan Ordusu heç bir halda geri çəkilməyəcək. Ordumuzun planı ancaq irəli getməkdir. Bütün çağırışların, şərtlərin qarşısına biz bir şərt qoyuruq – Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunsun!

Yerdə qalan heç bir şərti qəbul etmirik”.

Mahir Xəttab \ Redaktor.az