Ermənilərin atəşi nəticəsində daha 1 mülki şəxs həlak olub

 18:51 29.09.2020     10774

Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha bir mülki şəxs həyatını itirib.

Redaktor.az-ın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin atdığı top mərmisi Tərtər şəhəri, Üzeyir Hacıbəyov küçəsində yaşayış evinə düşüb. Nəticədə ev sahibəsi Aynur Mehdiyeva həlak olub. //APA