Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib - RƏSMİ

 19:50 29.09.2020     17852

Azərbaycan Ordusunun dəqiq atəşləri nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilib.

Redaktor.az-ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

A.Eyvazov vurğulayıb ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə gedən döyüşlərə cəlb edilən 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Koçaryan məhv edilib. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-ci alayının komandiri polkovnik Artyom Paqasyan isə ağır yaralanıb. //Trend

Vumart və Güvən reklamı Vumart Güvən