Erməni general və zabitlərin olduğu bunker vuruldu - Hamısı ölüb... / VİDEO

 00:43 30.09.2020     3698

Azərbaycan Ordusunun dəqiq zərbəsi nəticəsində yüksək rütbəli erməni zabitlərinin toplaşdığı bunker dağıdılıb.

Redaktor.az xəbər verir ki, APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, zərbə "Harop" dağıdıcı dronu vasitəsilə endirilib.

Məlumata görə, bunkerdə Ermənistan silahlı qüvvələrinin bir generalı, bir neçə polkovniki və digər yüksək rütbəliləri olub.

"Zərbənin miqyası bunkerdən kimsənin sağ qurtula bilmədiyini göstərir", - deyə mənbə əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən