Düşmən ağır itkilər verib - CƏBHƏDƏN SON XƏBƏR

 12:11 01.10.2020     1838

Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşib.

Redaktor.az xəbər verir ki, Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.

Məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir.

Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə çatdırmaqdan imtina edirlər.

Qeyd edək ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb. 

Vumart və Güvən reklamı Vumart Güvən