Ordumuza məxsus təyyarənin vurulması yalandır

 12:20 01.10.2020     1799

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması yalandır.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması və qalıqlarının İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır:

"Bildiririk ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir".

Vumart və Güvən reklamı Vumart Güvən