Gorusdan Azərbaycan ərazisi raket atəşinə tutuldu - RƏSMİ
Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.
Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.
"Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək", - deyə açıqlamada bildirilib.












