Ermənistan daha 54 hərbçisinin öldüyünü açıqladı

 10:46 02.10.2020     974

Ermənistan tərəfi hərbi itkilərini açıqlamaqda davam edir.

Redaktor.az xəbər verir ki, qondarma "Dağlıq Qarabağ”ın rəsmisi Artur Sarkisyan erməni KİV-nə açıqlamasında bildirib ki, daha 54 hərbçi itiriblər.

O, çoxlu yaralıların olduğunu və sayları barədə məlumat veriləcəyini açıqlayıb.

Qeyd edək ki, işğalçı Ermənistan bununla da sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda 158 hərbçisinin həlak olduğunu etiraf edib. 

Vumart və Güvən reklamı Vumart Güvən