Düşmən yenidən kəndlərimizi atəşə tutur - MÜDAFİƏ NAZİRLİYİ

 10:44 03.10.2020     786

Hazırda düşmən kəndlərimizi atəşə tutur, qəti cavab tədbirləri görülür.

Redaktor.az xəbər verir ki, oktyabrın 3-ü gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboy rayonunun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.

Hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür.

Qeyd edək ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Vumart və Güvən reklamı Vumart Güvən