Ermənistanın atəşi nəticəsində 3 uşaq həlak olub - 7 nəfər yaralanıb
Sentyabrın 27-dən indiyə qədər ermənilərin Azərbaycanın mülki əhalisini atəşə tutması nəticəsində həlak olan 24 nəfərin 3-ü uşaqdır.
Redaktor.az-ın məlumatına görə, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.
G.Səlimzadə bildirib ki, sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs həlak olub. Onlardan 5-i qadın, 3-ü uşaqdır.
Onun sözlərinə görə, xəsarət alan 121 nəfərin isə 30-u qadın, 7-i uşaqdır.












