Mingəçevir su anbarına təhlükə yoxdur - 9 ballıq zəlzələyə dözümlüdür

 10:19 06.10.2020     7340

“Azərbaycan Ermənistan tərəfinə törətdiy təxribatlara bağlı öz xəbərdarlığını edib. Düşünürəm ki, rəsmi İrəvan bu xəbərdarlıqdan nəticə çıxarmalıdır. Əgər nəticə çıxarmasa, baş verənlər onlar üçün indikindən də ağır olacaq”.

Bu sözləri Redaktor.az-a hərbi ekspert Üzeyir Cəfərov deyib. O qeyd edib ki, düşmənin Azərbaycanın şəhər və rayonlarına etdiyi raket hücumlarının məqsədi ordumuzun əks-hucumunun qarşısını alaraq, atəşkəsə nail olmaqdır:  

"Lakin onlar doğru yol seçməyiblər və bu təxribtların cavabını Ermənistan ödəməlidir, ödəyəcək də, bunun başqa yolu yoxdur. Çünki Azərbaycan mülkü vətəndaşların hədəf alınmaması ilə bağlı Ermənistan tərəfinə dəfələrlə xəbərdarlıq edib. Amma görünən odur ki, ermənilər hələ də edilən xəbərdarlıqdan nəticə çıxarmayıblar. Məhz nəticə çıxarmamalarının cəzasını hazırda da çəkirlər”.

Hərbi ekspert ermənilərin Mingəçevir su anbarını vurmağa cəhd etmələri haqda da danışıb:

“Ermənilər su anbarının tarixini açıb oxusalar görərlər ki, o su anbarının bəndləri hansı gücə malikdir. Mən şəxsən Mingəçevir su anbarının vurulmasından narahat deyiləm. Çünki həmin anbar 9 ballıq zəlzələnin təsirinə davamlıdır. Yəni anbarın bəndlərinin dağıdılması üçün gərək ora atom boması atılsın. Onlar sadəcə xof, qorxu yaratmaq üçün həmin əraziyə raket atırlar”.

U.Cəfərov Ermənistan ordusun tam məğlub olmasına az müddət qaldığını bildirib:

“Düşmən ordusu elə bir sarsıdıcı zərbə alıb ki, yaxın günlərdə vuruşmağa taqətləri belə olmayacaq. Hazırda ordumuz başlarına od ələyir. Onlar törətdikləri bütün terror aktlarının, vəhşiliklərin bir-bir hesabını verirlər. İnanıram ki, qısa zamanda Ordumuz düşmən üzərində möhtəşəm qələbə qazanacaq və biz işğal altındakı torpaqların tamamına qovuşacağıq”.

Mahir Xəttab \ Redaktor.az