"Ordumuz hərbi əməliyyatları uğurla davam etdirir" - AÇIQLAMA

 11:44 08.10.2020     3283

Azərbaycan ordusu əks-hücumlar nəticəsində düşmənə cavab zərbələri endirməyə davam edir. 

"Legion" hərbi vətənpərvərlik klubunun rəhbəri, hərbi ekspert Abuzər Əbilov Redaktor.az-a bildirib ki, hazırda hərbi əməliyyatlar uğurla davam etdirilir:

“Azərbaycan ordusunun taktikaları başqa dövlətlərin hərbi taktikasından tamamilə fərqlidir. Ordumuz 5-ci nəsil hücum taktikasından istifadə edir. Əvvəllər quru qoşunları, insan resursları ilə birbaşa hücuma keçilirdisə, hazırda hava artilleriyasından həm kəşfiyyat, həm artilleriyaya informasiyalar ötürərək, dəqiq zərbələrlə düşmənin texnikasını məhv edəndən sonra digər hücum əməliyyatları aparılır.

Suqovuşanın alınması bu texniki hücumların nəticəsində baş verdi. Düşmən cavab atəşi ilə mahircəsinə susdurulur. Qələbə bizimdir!”

Şəfəq Samed \ Redaktor.az