"Smerch"dən atılmış kasset raketin hissələri aşkar olunub - Goranboy / FOTO
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboya düşən "Smerch" qurğusundan atılmış kasset raketin daşıma/paylama hissələri aşkarlayıb.
Bu barədə Redaktor.az-a Agentlikdən məlumat veriblər.
Qeyd olunub ki, raketin hissələri rayonun Qızılhacılı kəndində tapılıb.















