Müdafiə Nazirliyi: Düşmənin yaydığı məlumat növbəti təxribatdır

 11:27 10.10.2020     813

"Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır".

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib. 

Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edirb. "Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır".

Vumart və Güvən reklamı Vumart Güvən