Düşmən atəşkəsi pozdu: Ordumuz cavab tədbirləri görür - RƏSMİ

 13:21 10.10.2020     3148

Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur

Redaktor.az xəbər verir ki, bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur.

Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür.

Qeyd edək ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Vumart və Güvən reklamı Vumart Güvən