Şıxarxda 34 yaşayış binasından 33-ü dağıdılıb - FOTO / VİDEO
Ermənistan silahlı qüvvələrinin ən çox hədəf aldığı yaşayış məntəqələrindən biri də Tərtərin Şıxarx qəsəbəsidir.
Redaktor.az bildirir ki, düşmən ağır artilleriyadan istifadə etməklə sentyabrın 27-dən bu günədək həmin qəsəbədə məcburi köçkünlər üçün salınan yaşayış məntəqəsini atəşə tutub.
Nəticədə burada olan 34 yaşayış binasından 33-ünə ciddi ziyan dəyib. Hətta mərmilərdən bir neçəsi mənzillərin içinə düşüb. Bundan başqa, qəsəbədə inzibati binalar da dağılıb.
Şıxarx qəsəbəsindən olan videoreportajı təqdim edirik:












