Xəbər ardınca getdilər - XƏBƏR oldular

 20:02 14.10.2020     537

"Biz xəbər dalınca getdik, xəbər olduq"

Redaktor.az-ın məlumatına görə, bu sözləri AZTV-nin əməkdaşı Elnur Tofiq bildirib.

O qeyd edib ki, telekanalın çəkiliş qrupu Tərtərin Düyərli kəndində olarkən yaxınlıqlarına düşmən tərəfindən top mərmiləri atılıb. Nəticədə AZTV-nin sürücüsü Namiq Qəmbərov yaralanıb, avtomobilə ciddi ziyan dəyib.

E.Tofiq vurğulayıb ki, hadisə zamanı daha bir mülki şəxs də xəsarət alıb:

"Biz həmin mülki şəxsi tez xəstəxanaya çatdırdıq, onun həyatını xilas etdik". //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən