Ermənistanın Gəncəyə hücumu ilə bağlı BƏYƏNAT

 05:35 15.10.2020     717

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəliyi, Aleksandr Nevski Rus Pravoslav Kilsəsi və Gəncə Yəhudi Dini İcması Ermənistanın Azərbaycanın mülki yaşayış məskənlərinə hücumu ilə bağlı ortaq bəyanat yayıb.

Redaktor.az xəbər verir ki, bəyannamədə ərazilərini işğaldan qurtarmaq üçün əməliyyata başlayan Azərbaycan ordusu qarşısında məğlub olan Ermənistan ordusunun mülki insanları hədəfə aldığı bildirilir:

“Gəncə şəhər mərkəzinə edilən hücumu qətiyyətlə qınayırıq”

Bəyanatda qeyd edilir ki, Gəncəyə edilən hücumda bir çox mülki şəxs həyatını itirib və yaralanıb, xeyli ev yararsız hala düşüb.

Vumart və Güvən reklamı Vumart Güvən