Ordumuz irəliləyir: Düşmən geri çəkilir - QƏLƏBƏ BİZİMDİR!
“Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatlara başladığı ilk gündən yaşayış məntəqələrini deyil, hərbi obyektləri hədəf alır. Bunun nəticəsi olaraq, ordumuz bir çox strateji yüksəklikləri işğaldan azad edib, düşmənin hərbi obyektlərini dağıdıb".
Bu sözləri Redaktor.az-a hərbi ekspert Ramil Məmmədli deyib. O, ordumuzun uğurla irəlilədiyini bildirib:
“Orudumuz ilk olaraq 4 istiqamətdən - Murovdağ, Goranboy, Tərtər və Cənubdan əks-hücum əməliyyatlarına başladı. Sonrakı mərhələdə isə Azərbaycan ordusu cəbhəni genişləndirərək, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində əks-hücuma keçdi. Ermənistan tərəfi bu əks-hücumun qarşısında çıxılmaz vəziyyətdə qalaraq, bir-birinin ardınca mövqeylərini itirib, geri çəkilməyə başladı. Ali Baş Komandan dünən də bir neçə kəndin işğaldan azad olunduğunu bildirdi. Göründüyü kimi əks-hücum əməliyyatları çox sürətli və dəqiq şəkildə davam edir”.
Hərbi ekspert aparılan əməliyyatlarla bağlı bəzi məlumatların yayılmasının düzgün olmadığını bildirib:
“Bəzi məsələlər var ki, onlar sirr olaraq qalmalıdır. Yəni, müharibə tam yekunlaşmadan onları açıqlamaq olmaz. Amma ümumilikdə Ordumuz demək olar ki, bütün əhəmiyyətli mövqeylərə nəzarəti ələ keçirib. Prosses bundan sonra da sürətlə davam edəcək. Ordumuzun əsas hədəfi antiterror əməliyyatları əsasında işğal altında olan ərazilərin tam şəkildə azad olunmasıdır”.
Mahir Xəttab \ Redaktor.az












