Baş Prokurorluqdan məlum video ilə bağlı AÇIQLAMA

 20:27 15.10.2020     303

Bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən “Инфотека24” və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı qanunsuz davranışlarını əks etdirən videogörüntülər yayılıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı məlumat Baş Prokurorluqdan verilib.

Qeyd edilib ki, ilkin əlamətlərə görə, həmin videoların saxta olmasına əsaslı şübhələr yaranmışdır.

Hazırda bununla bağlı tərəfimizdən araşdırma aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

Vumart və Güvən reklamı Vumart Güvən