Avropanın ən hündür zirvəsində “Qarabağ Azərbaycandır!” şüarı - VİDEO

 23:22 15.10.2020     494

Məşhur azərbaycanlı alpinist, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu maraqlı paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Redaktor.az məlumat verir ki, Avropanın ən yüksək nöqtəsi Elbrus zirvəsini növbəti dəfə fəth edən alpinist orda olduğu zaman “Qarabağ Azərbaycandır!” şüarı səsləndirib və bunun video görüntülərini şəxsi səhifəsində paylaşıb.

Qeyd edək ki, dünyanın ən hündür zirvəsi hesab olunan Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı olan İ.Aşurlu eyni zamanda dünyanın bütün qitələrinin ən hündür zirvələrini fəth edən doqquzuncu alpinistdir.

Vumart və Güvən reklamı Vumart Güvən