Düşmənə məxsus növbəti PUA məhv edildi - RƏSMİ

 14:25 17.10.2020     442

Oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.