Ermənilər Tərtəri atəşə tutdu- Orta məktəb dağıldı / FOTO
Erməni silahlı qüvvələri Tərtər rayonunu yenidən atəşə tutub.
Redaktor.az xəbər verir ki, şəhərə gecə saatlarından başlayaraq ağır artilleriya zərbələri endirilib.
Hadisə nəticəsində 2 mərmi Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbinə düşüb. Hadisə nəticəsində məktəbin sinif otaqları dağılıb, məktəbə ciddi ziyan dəyiib. //Trend


























