İşğalçı Ermənistan bir gündə 77 hərbçi itirdi - ADLAR
İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir.
Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” saytı məlumat yayıb. Düşmən oktyabrın 18-də daha 37 hərbçisini itirib.
Buna qədər səhər 40 erməni hərbçinin məhv edilməsi təsdiqlənmişdi.
Qeyd edək ki, Ermənistan tərəfi 700-dən çox hərbçisinin öldüyünü etiraf edib.

//baku.ws












