Ordumuz düşmənə növbəti zərbə vurdu - 30 illik əsarət sona çatdı

 15:52 19.10.2020     1865

“Xudafərin körpüsü olduqca əhəmiyyətli bir ərazidədir. Ermənistan tərəfi maksimum çalışırdı ki, həmin ərazidən istifadə eləsin. Amma şükürlər olsun ki, Azərbaycan tərəfi həmin körpünü işğalçı Ermənistanın əsarətindən azad etdi”.

Bu sözləri Redaktor.az-a hərpi ekspert Üzeyir Cəfərov işğaldan azad edilən Xudafərin körpüsünün strateji əhəmiyyətindən danışarkən deyib. O, körpüyə artıq Azərbaycan ordusunun nəzarət etdiyini bildirib:

“Xudafərin körpüsü bizim üçün həm tarixi, həm də strateji baxımdan çox əhəmiyyətlidir. Həmin körpünün işğaldan azad edilməsi əlbəttə tarixi bir hadisədir. Körpünün yerləşdiyi ərazi də strateji baxımdan mühümdür. Əlbəttə, indi onun strateji əhəmiyyətinin danışmaq, dərinliyinə qədər xırdalamaq olmaz. Çünki bəzi nüanslar hərbi sirdir və onu açıqlamaq qadağandır. Amma qısa olaraq onu deyə bilərəm ki, Xudafərin adi bir körpü deyil. Azərbaycan əsgərlərinə eşq olun ki, onu işğaldan azad etdi. Artıq Xudafərin üzərində Azərbaycan bayrağı dalğalanır”.

Mahir Xəttab \ Redaktor.az