Ağdam sakininin düşmən hücumuna məruz qalan evindən VİDEO

 22:36 19.10.2020     336

Ermənistan ordusu müvəqqəti humanitar atəşkəsi pozmağa, yaşayış məntəqələrində mülki əhalini hədəf almağa davam edir.

Redaktor.az bildirir ki, İHA müxbiri Ermənistan silahlı qüvvələrinin mülki yaşayış məntəqələrini hədəf alması nəticəsində zərər görən Ağdam sakininin evində olub.

Ağdamın Novruzlu kənd sakini Natiq Ağayev “1 saat əvvəl 10 mərmi düşdü. Onlardan 4-ü tarlaya, digəri isə həyətimə düşdü. Evimə ziyan dəyib. Artıq burada yaşaya bilmirəm”, - deyib.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi açıqlamada Ermənistan ordusunun Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarındakı mülki yaşayış məntəqələrinə səhər saatlarından atəş açdığı və Azərbaycan qoşunları tərəfindən lazımi tədbirlərin görüldüyü bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən