Erməni vəhşiliyi davam edir: Yenə ballistik raket... - AÇIQLAMA

 11:02 23.10.2020     6321

Ötən səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ, Siyəzən və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən ballistik raketlər atılıb.

Məsələ ilə bağlı Redaktor.az-a danışan polkovnik Şair Ramaldanov düşmənin Azərbaycanın mülkü yaşayış obyektlərini hədəfə almasının hərbi cinayət olduğunu bildirib:

“Birincisi, Ermənistan Azərbaycanın döyüş bölgəsinə aid olmayan, mülkü insanların yaşadığı şəhər və rayonlara ballistik raketlər atmaqla, münaqişə zonasını genişləndirməyə, başqa dövlətləri buraya cəlb etməyə çalışır.

İkincisi, atılan raketlərin istiqamətinə baxsaq görərik ki, hamısı birbaşa Ermənistan ərazisindən atılır. Bunun da səbəbi Azərbaycanı təxribata çəkməkdir.

Diqqət edin, onlar döyüşlərin başladığı ilk gündən bunu edirlər. Amma ordumuz və dövlətimiz bu təxribata getmir. Çünki biz ancaq cəbhədə, müharibə gedən zonada öz mübarizəmizi aparırıq. Bu, müharibənin tam tələblərinə uyğundur. Onlar isə döyüş bölgəsində ordumuzla bacara bilmədikləri üçün mülkü əhalini hədəf alırlar. Bu isə əlbəttə ki, hərbi cinayətdir və Ermənistan siyasi-hərbi rəhbərliyi buna görə beynəlxalq hüquq qarşısında cavab erməlidir”.

Mahir Xəttab \ Redaktor.az