Müdafiə Nazirliyi: PUA-larımız Ermənistan üzərində uçmur

 23:24 23.10.2020     593

Ermənistan tərəfinin Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurularaq Ermənistan ərazisinə düşməsi barədə yaydığı məlumat yalandır.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi bildirilir.   

Bildiririk ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir.