MN: Düşmənin döyüş texnikaları məhv edildi - VİDEO

 21:52 25.10.2020     1134

Oktyabrın 25-də günün ikinci yarısında cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilir ki, zərbələr nəticəsində düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib.

Vumart və Güvən reklamı Vumart Güvən