Ermənistan atəşkəs rejimini pozmaqda davam edir - MN

 11:59 26.10.2020     2642

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur.

Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

Vumart və Güvən reklamı Vumart Güvən