Ağdamda körpələr evinə mərmi düşdü - FOTO
Ermənistan yeni humanitar atəşkəsi pozmağa davam edir.
Redaktor.az-ın məlumatına görə, düşmən bu gün saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs razılaşmasını pozaraq, növbəti dəfə mülki obyektləri, məktəb və körpələr evini hədəfə alıb.
Ermənilərin atdığı mərmilər Ağdam rayonunun Baharlı köçkün qəsəbəsində körpələr evinə düşüb. Nəticədə körpələr evinin binası dağılaraq, yararsız hala düşüb.
Körpələr evinin müdiri İlhamə Bağırova bildirib ki, burada 35 azyaşlı tərbiyə alır, 15 nəfər tərbiyəçi müəllim və texniki işçi var.
Qeyd edək ki, bu gün ermənilər Ağdam rayonunun Qaradağlı kənd tam orta məktəbini də artilleriya atəşinə tutub. Məktəbə ciddi ziyan dəyib.
//APA












