Sərhəd zastavasının vurulması yayılan və təxribatdır - MÜDAFİƏ NAZİRLİYİ

 12:02 27.10.2020     874

Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.

Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur", - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən