Ermənistan fərariliyin qarşısını ala bilmir - Cəzalar sərtləşdirilir

 22:54 27.10.2020     2911

Ermənistan Milli Məclisi bu gün keçirilən növbədənkənar iclasda Cinayət Məcəlləsinə müharibə dövründə bəzi hərəkətlərə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

Redaktor.az bildirir ki, erməni KİV-lərinin verdiyi məlumata görə, ilk növbədə hərbi xidmətdən, təlimlərdən və səfərbərlikdən yayınmaya görə cəzalar sərtləşdirilib.

Belə ki, hərbi xidmətdən, təlimlərdən və səfərbərlikdən yayınmaya görə ermənilər 6 ildən 12 ilədək həbs ediləcəklər. Daha əvvəl sözügedən əməllərə görə həbs cəzası 4 ildən 8 ilədək nəzərdə tutulurdu.

Qərarın ilk oxunuşdan qəbul olunması ölkədəki hərbi vəziyyətlə bağlıdır. Beləki sosial şəbəkələrdə yayılan videolarda erməni hərbi qulluqçular hərbi xidmətdən yayınırlar, könüllülər isə cəbhəyə yollanmaqdan imtina edirlər. //Open.az 

Vumart və Güvən reklamı Vumart Güvən