“VICE News”: Ermənistan kasetli bombalardan istifadə edir - FOTO
Ermənistan ordusu Azərbaycanın Bərdə şəhərinin yaşayış məntəqələrini qadağan edilmiş kassetli raketlərlə atəşə tutub.
Redaktor.az xəbər verir ki, bu barədə "VICE News" nəşri bildirib.
Nəşrin jurnalistləri oktyabrın 28-də baş vermis hücumdan bir neçə saat sonra araşdırma aparıblar və “Smerç” raketindən atılmış döyüş başlıqlarının qalıqlarını aşkarlayıblar.
“Amnesty International”ın hərbi eksperti Brayan Kastner və Avropa Birliyinin keçmiş hərbi müşaviri Mark Qarlasko təsdiq ediblər ki, kasetli döyüş başlıqları "Smerç"dən buraxılıb.



//Report












