"Cəbhənin bütün istiqamətlərində vəziyyət nəzarətimizdədir" - Anar Eyvazov

 19:43 30.10.2020     887

"Ordumuz tərəfindən Bərdə və Tərtər şəhərlərinə raket hücumlarını həyata keçirən 3 ədəd “Smerç” yaylım atəşli reaktiv sistem məhv edilib".

Redaktor.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin Mətbuat katibi Anar Eyvazov bildirib.

A.Eyvazov qeyd edib ki, Azərbaycan Ordusu daha 9 kəndi işğaldan azad edib: “Hazırda cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Qələbə bizimlədir!”.

Vumart və Güvən reklamı Vumart Güvən