Ermənistan çarəsizlikdən orduya məhkumları toplayır

 06:12 31.10.2020     373

Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti dəfə aciz durumdadır.

Redaktor.az xəbər verir ki, Ermənistanın Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan həbsdə olan 12 məhbusun cəbhəyə yollanacağını açıqlayıb.

O bildirib ki, onların əksəriyyətinin həbs müddəti yarımçıq dayandırılacaq.

Görünür, ordusunda ciddi əsgər çatışmazlığı yaşayan Ermənistan rəhbərliyi son çıxış yolu kimi cinayətkarlardan da istifadə etmək qərarına gəlib. Belə ki, bundan əvvəl Ermənistan orduya yaşlıları, qadınları, yeniyetmələri, hətta uşaqları da cəlb etmişdi. //Qafqazinfo

 

Vumart və Güvən reklamı Vumart Güvən