Ermənistan PUA-lardan bu üsulla gizlənməyə çalışır - FOTO
Artıq bir neçə gündür ki, Ermənistan Qarabağda fosforlu bombalardan istifadə edərək yanğınlar törədir.
Azərbaycan MN işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyini bildirmişdi.
Redaktor.az-ın məlumatına görə, Ermənistanın fosforlu bombalardaqn istifadəsi ilk deyil, düşmən qüvvələri daha öncədə fosforlu bombalardan Azərbaycana qarşı istifadə edib.
Hələ oktyabrın 8-də Ermənistan tərəfindən Füzuli rayonu ərazisinə 122 millimetrlik tüstülü top mərmisi atmışdı. mərminin tərkibində 3,6 kiloqram ağ fosfor (P-4) var idi.
Ermənistan Azərbaycana qarşı atəşkəs dövründə də fosforlu bombalardan istifadə edib. Hələ 2016-ci ildə Ermənistan Tərtərin Əskipara kəndinə fosforlu bomba atmışdır.
Ermənistan növbəti dəfə fosforlu bombalardan istifadə etməklə Azərbaycan Ordusuna zərər vurmaqdan başqa, kütləvi meşə yanğınları və Qarabağda ekoloji fəlakətin real təhlükələrini yaratmaq niyyəti güdür.
Digər bir tərəfdən isə düşmən bu bombalarla meşə yanğınları törətmək və Azərbaycanın Pilotsuz Uçuş Aparatlarından gizlənməyə çalışır. //Trend














