Düşmənin hərbi avtomobil korteji məhv edildi - VİDEO

 21:52 01.11.2020     5995

Oktyabrın 31-də saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alınıb.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, istiqamətlənmiş və kombinəedilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilib.