Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - MN

 10:03 02.11.2020     22179

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, noyabrın 2-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Vumart və Güvən reklamı Vumart Güvən