Şuşa ilə bağlı vacib xəbər var - Ordumuz irəliləyir və...

 15:32 02.11.2020     43151

Ordumuz düşmənə ağır zərbələr endirməyə davam edir. Müdafiə Nazirliyi tərəfindən paylaşılan görüntüləri izləyəndə qarşı tərəfə məxsus artilleriya qurğularının və əsgərlərin məhv edilməsinin şahidi oluruq. Həmçinin, ordumuz tərəfindən xeyli sayda silah-sursat da qənimət olaraq ələ keçirilməyə davam edir. 

Hərbi ekspert Üzeyir Cəfərli Redaktor.az-a açıqlamasında bildirib ki, düşmənin təxribatlarına ordumuz cəbhədə lazımi cavablar verir:

“Azərbaycan Müdafiə Nazirliyi döyüş əməliyyatlarını dəqiqliklə izləyirlər. Ümumi olaraq isə düşmən tərəfdən edilən hücumlara lazımi cavab tədbirləri verilir. Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir. Xalqımız xoş xəbərlər almağa tələsməsinlər. Hər hansı ərazinin azad olunması ilə bağlı sosial şəbəkələrdə, yaxud digər ünvanlarda yayılan məlumatlara deyil, rəsmi informasiyalara inansınlar. Ordumuz Ali Baş Komandan tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirir. Düşmənə Şuşanı saxlamaq fikrimiz yoxdur, bütün Qarabağ ərazisini işğaldan azad etməliyik. Bu yolda ordumuz əlindən gələni edir”.

Şəfəq Samed \ Redaktor.az