Azərbaycan Ordusu gözləniləni etdi: Düşmən ölkədə çaxnaşma yaşanır...

 21:05 02.11.2020     3190

Döyüş meydanında gücü zəifləyən və məğlubiyyətinə az qalan düşmənin orduya cəlb etməyə əsgəri qalmayıb. Belə olan halda qadınları, ahıl kişiləri, hətta fiziki məhdudiyyəti olan insanları orduya cəlb edirlər.

Hərbi ekspert Üzeyir Cəfərli Redaktor.az-a açıqlamasında bildirib ki, düşmən tərəfin ordusu çox acınacaqlı durumdadır:

“Ermənistan ordusunun vəziyyətini deməyə hər hansı söz, yaxud cümlə lazım deyil. Çünki onlarda vahid ordu qalmayıb ki, vəziyyəti də şərh edə bilək. Onlar tamamilə demorelizə olub və texniki baxımdan da zəifləməyə davam edirlər. Hazırki vəziyyətləri çox acınacaqlıdır. Həm əsgər, həm ərzaq, həm də texniki vasitələr baxımından çatışmazlıqları var. Bir sözlə, Ermənistan ordusunun problemləri kifayət qədərdir. Onlar bu halla nə qədər və hara kimi davam edəcəklər deyə bilməsək də, hərşey göz önündədir. Bu səbəbdən qarşılarına kim keçirsə, onları cəbhəyə göndərirlər. Amma bu da vəziyyəti xilas etməyəcək. Ermənistanın durumu kritikləşib və cəbhədəki uğursuzluqlarına görə daxili münaqişələrin yaranması da uzaqda deyil”

Şəfəq Samed \ Redaktor.az