Müharibə nə vaxt bitəcək? - "Ordumuz düşmənin müqavimətini qırıb"
“Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar sayəsində bir çox ərazilərimizi işğaldan azad edib. Gedişata baxsaq, yaxın zamanlarda müharibənin qələbə ilə yekunlaşacağını deyə bilərik”.
Bu sözləri Redaktor.az-a hərbi ekspert Ramil Məmmədli hərbi əməliyyatların yekunlaşacağı tarixlə bağlı danışarkən deyib. O, ordumuzun uğurla irəlilədiyini bildirib:
“Müharibə elə bir şeydir ki, onun nə vaxt yekunlaşacağını dəqiq bilmək olmur. Çünki hər an gözlənilməz hallar baş verə bilər. Hazırda torpaqlarımızın azadlığı uğurunda gedən hərbi əməliyyatların nə zaman yekunlaşacağını dəqiq deyə bilmərik. Amma Azərbaycan Ordusu artıq düşmənin əsas müqavimətini qıraraq, kifayət qədər üstünlük qazanıb. Deyə bilərəm ki, yaxın zamanda qələbə bizim olacaq”.
Mahir Xəttab \ Redaktor.az












