"Ordumuz havada və quruda döyüş şəraitinə tam nəzarət edir"

 18:17 02.11.2020     246

“Son sutka ərzində Zəngilan istiqamətində əlverişli yüksəklikləri ələ keçirmək istəyən düşmən vaxtında aşkarlanıb və itki verərək geri çəkilib”.

Redaktor.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Cəbrayıl, Zəngilan və Qubadlının rayonların ümumilikdə daha 8 kəndi azad edilib: “Düşmənin 8 “Qrad”ı, 10 top, 3 sursat dolu yük maşını, 5 ədəd digər avtomobil texnikası və “Su-25” döyüş təyyarəsi məhv edilib. Ordumuz havada və quruda döyüş şəraitinə tam nəzarət edir”.