Qubadlı Ermənistan ərazisindən atəşə tutulur

 18:57 02.11.2020     266

Noyabrın 2-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı və rayonun kəndlərini artilleriya atəşinə tutur.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. 

Bildirilir ki, hazırda da Ermənistanın Qafan rayonunun David Bek kəndi istiqamətindən Qubadlı rayonunun ərazisi intensiv atəşə tutulur.