Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi

 09:19 03.11.2020     795

Bu gün səhər saatlarından guya Azərbaycan Ordusunun Şuşa və Xocavənd şəhərlərindəki dinc əhalini yenidən atəşə tutmağa başlaması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə Redaktor.az-a  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır", - açıqlamada vurğulanıb.