Semyon Peqovun növbəti yalanı ifşa olundu - FOTO
Təxribatçı “Wor Gonzo” kanalı növbəti yalan informasiya yayıb.
Redaktor.az xəbər verir ki, kanalın rus propaqandisti Semyon Peqov “canlı yayım”da Şuşada olduğunu iddia edib. Lakin, paylaşılan fotonun çəkildiyi məkanın koordinatları (39°49'04"N 46°45'00"E) müəyyən olunub.
Məlum olub ki, Şuşada olduğunu deyən S.Peqov əslində Şuşadan 5 km aralıda yerləşən Xankəndinin mərkəzində olub. //Oxu.az












