Bu gün DTX rəisi Əli Nağıyevin doğum günüdür

 13:29 08.11.2020     706

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant cənab Əli Nağıyevin doğum günüdür.

Redaktor.az saytının kollektivi adından Əli Nağıyevi ürəkdən təbrik edirik, ona can sağlığı, uzun ömür, çətin və şərəfli işində uğurlar arzulayırıq.

Cənab generalın doğum günü daha bir taxrixi qürurverici günə təsadüf edir. Belə ki, bu gün Ali Baş Komandan İlham Əliyev uzun illərdir erməni işğalında olan tarixi Şuşa şəhərinin şanlı ordumuz tərəfindən azad edildiyini bildirib. 

Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı sərəncamla general-mayor Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi təyin edildi. Uzun illər dövlətin təhlükəsizlik sahəsində işləmiş və peşəkar zabit kimi tanınan Əli Nağıyevin bu vəzifəyə təyinatı sürpriz olmayıb. Belə ki, generalın keçmiş karyerasına nəzər saldıqda, onun DTX rəisi təyin olunmasının əslində, özünəməxsus qanunauyğunluqla baş verdiyini söyləmək olar. 

Prezident İlham Əliyevin 27 mart 2020-ci il tarixində imzaladığı sərəncamla general-leytenant Əli Nağıyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Vumart və Güvən reklamı Vumart Güvən