Ordumuz Xocavənd istiqamətində üstünlük qazanır - RƏSMİ

 15:55 08.11.2020     445

Ermənistan tərəfinin cəbhənin Xocavənd (keçmiş Martuni) istiqamətində guya irəlilədikləri və Azərbaycana məxsus döyüş təyyarəsini vurduqları barədə yayılan məlumat tamamilə yalandır və daxili auditoriyaya hesablanmış dezinformasiyadır.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, tam əksinə, Azərbaycan Ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla bu istiqamətdə hücumu daha da genişləndirir.

Vumart və Güvən reklamı Vumart Güvən